Yanğın hadisəsi qeydə alındı

Göyçay rayonunda yaşayış evi yanıb.

Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 9:30 radələrində Mırtı kəndində qeydə alınıb. Kənd sakini Coşqun Behbudova məxsus ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə nəticəsində ev tamamilə yanıb. Yanğınsöndürənlər alovun ev sahibinə məxsus yaxınlıqdakı digər evə keçməsinin qarşısını alıblar. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AzNews.az