10:19
(077) 610-22-33

Sabah yağış yağacaq

  • >
172 7 May 2013 11:16 | Hadisə

Sabah Bakıda qısamüddətli yağış yağacaq. Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən axşam və gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında axşam 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 21-26 dərəcə, dağlarda gecə 12, gündüz 14-19 dərəcə isti olacaq.

AzNews.az
Bağla X