23:52
(077) 610-22-33

Masallıda qəza: 1 ölü, 2 yaralı

  • >
130 7 May 2013 12:55 | Hadisə

Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 22.00 radələrində rayonun Boradigah qəsəbəsi ərazisində qeydə alınıb. Masallının Mollaoba kənd sakini Mirzəbala Əsədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil qəfildən idarəetməni itirərək aşıb.

Nəticədə sürücü və onun həmkəndliləri olan sərnişinlər Maisə Ağayeva, Şahbacı Ağayeva və Sərxan Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Ş. Ağayeva bir neçə saat sonra dünyasını dəyişib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az
Bağla X