Milli Şura ilə bağlı bəyanat qəbul edildi

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib.

Açıq Cəmiyyət Partiyasının qəraragahında baş tutan toplantıda qərarların icra vəziyyətinə baxılıb. Gündəlikdə duran məsələlər muzakirə olunaraq qərar qəbul olunub ki, 26 may tarixində ADP nin qərərgahında DQMM nin Nümayəndələr Palatasının yığıncağı və 28 may saat 11 -00 tarixində isə Novxanı qəsəbəsndə Demokratik Cümhüriyyətin yaranmasının ildönümü ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısında mitinq keçirilsin.

Ölkədəki mövcud ictimai – siyasi vəziyyəti müzakirə edən DQMM Milli Şura ideyasının gerçəkləşdirilməsi üçün aparılan danışıqlar presesi ilə bağlı bəyənat qəbul edib.

Bəyanatda Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şura ilə bağlı məsələyə toxunulub.

"Milli Şura ideyasının reallaşdırılmasi təşəbbüsu ilə çıxış edən Rustəm İbrahimbəyovun danışıqların gedişi ilə bağlı verdiyi son açıqlamalara baxmayaraq proses yenə də qapalı və dar cərcivədə davam etdirilir. DQMM bir daha bəyan edir ki,danışıqların dar çərçivədə ,üçlü formatda və qapalı davam etdirilməsi MŞ ideyasının reallaşdırılmasına deyil,müxalifətin parçalanmasına, yenidən qruplaşmasına aparır və nəticə etibarı ilə hakim rejimin maraqlarına xidmət edir.

Biz ölkənin bütün demokratik qüvvələrini vaxt itirmədən geniş tərkibli təşkilat komitəsinin yaradılmasına dəstək verməyə, danışıqları intensivləşməyə, prosesi açıq və şəffaf aparmağa və nəhayət müxalifətin geniş koolisiyasının yaradılması üçün səmərəli çalışmalara başlamağa çağırırıq. Yaradılacaq geniş birlik ictimai və siyasi baxımdan legitim olmalı, bunun üçün də geniş əsaslarda, müəyyən kriteriyalarla yaradılmalı, cəmiyyətin ümumi maraqları şəxsi və qrup maraqlarına qurban verilməməlidi"-deyə bəyanatda qeyd edilib.

AzNews.az