06:47
(077) 610-22-33

Prokuror ittiham olanan şəxslərə ömürlük cəza istədi

  • >
780 7 May 2013 14:50 | Hadisə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər-Ross" MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Belə ki, prokuror Hümbət Məmmədov və Vüsal Qurbanova ömürlük cəza, Tofiq Bəkirova 15 il, Fərman Hacıyev 14 il 6, Sahil Şamilov və Şamil Şamilov qardaşlarının hər birinə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Məhkəmə mayın 14-də vəkillərin çıxışı ilə davam edəcək.

Qeyd edək ki, ittihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.

AzNews.az
Bağla X