03:48
(077) 610-22-33

Bakıda 4 uşaq atası özünü yandırdı - Foto

  • >
154 7 May 2013 18:22 | Hadisə

Bu gün günorta saatlarında Binəqədi rayonunda dəhşətli hadisə baş verib. Sərvər adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) üstünə benzin tökərək özünü yandırıb. O bunu küçədə, camaatın gözü önündə edib. Ətrafdakılar onun alovunu güclə söndürürək təcili yardım çağırıb.

"Azadlıq"ın reportyorları Sərvəri "5 saylı" xəstəxanaya yerləşdirdiyi an görə bilib. O başdan ayaqlarına qədər yanıb.

Sərvər dərhal reanimasiya şöbəsinə alınıb. İçəridən verilən məlumata görə, o, ilk vaxtlarda anlaqlı olub, su istəyib, qardaşına zəng vurulması üçün xahiş edib. Sonradan isə xəstə şok keçirib.

Xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyovun bildirməsinə görə, xəstənin vəziyyətin son dərəcə ağır olaraq qalır.

Sərvərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb. Reportyorlarımız xəbər verir ki, iki nəfər idmançı görkəmli şəxs xəstəni gətirən təcili yardım maşınını izləyib və xəstəxananın qarşısında durub.

Əldə edilən məlumatlara görə, 42 yaşlı Sərvər ustalıqla məşğul imiş. Onun intiharının səbəbi isə külli miqdarda borcu ilə əlaqədardır. Sərvərin 4 azyaşlı uşağı var.


AzNews.az
Bağla X