Bu gün Bakıda dəniz sahilində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Bu gün Bakıda dəniz sahilində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Bakı bulvarında həyəcanlı anlar

Bu gün Bakıda dəniz sahilində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1990-cı il təvəllüdlü Nəzərli Ziya İltifat oğlu dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.

Dərhal hadisə yerinə cəlb olunmuş FHN Dövlət Sularında Xilasetmə Xidmətinin müvafiq dalğıc-xilasediciləri tərəfindən vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:23-də başa çatıb.

AzNews.az