- Köhnə - Hadisə
- 8 May 2013 08:28
- 1 646
Qatarla yük avtomobilinin toqquşması barədə Rəsmi açıqlama
Trend-in məlumatına görə, mayın 7-də gecə saat 23:30 radələrində Bakıdan Moskvaya hərəkət edən sərnişin qatarı yük avtomobili ilə toqquşub.
Hadisə dəmir yolunun Pirşağı-Kürdəxanı mənzilinin 29-cu kilometrliyində baş verib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına hadisə barədə məlumat saat 23:55-də daxil olub. Stansiyadan Trend-ə bildiribər ki, qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Onlardan 2 nəfəri - yük avtomobilinin sürücüsü və qatarın bir işçisi Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Qatarın digər 4 işçisinə isə elə hadisə yerindəcə ambulator tibbi yardım göstərilərək evə buraxılıblar.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yük avtomobilinin sürücüsünün vəziyyəti ağırdır. O, kəllə-beyin travması alıb. Qatarın işçisinin isə vəziyyəti orta ağır kimi dəyərləndirilir.
Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
AzNews.az