Liseydəki yanğınla bağlı rəsmi məlumat

FHN türk liseyindəki yanğın barədə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyin Bakı Türk Anadolu Liseyində baş verən yanğınla bağlı məlumat yaydı. Nazirliyin rəsmi məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda Bakı Türk Anadolu Liseyinə məxsus ümumi sahəsi 6 kv.m olan köməkçi tikilinin içərisindəki generatorun yanar hissələri, tikilinin yaxınlığına yığılmış istifadəsiz partalar və məktəb ləvazimatları 14 kv.m sahədə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az