05:54
(077) 610-22-33

Nazir sakinlərin problemlərindən xəbərdar oldu

  • >
206 9 May 2013 08:10 | Hadisə

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Bərdə rayonunda olub. Sakinlərlə görüşən nazir onların problemlərini dinləyib.

Nazir Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə reallaşdırılan bu qəbulların səmərəsindən danışıb. Əli Abbasov onu da qeyd edib ki, son dörd ay ərzində bu bölgədən 250-dən artıq vətəndaş nazirliyə müraciət edib.

Bu gün onlardan həll olunmamış 21 müraciətə baxılıb, həmçinin digər sakinlərin şikayət və təklifləri dinlənilib.

Əli Abbasov bildirib ki, İKT ili çərçivəsində bölgələrdə telekommunikasiya, rabitə xidmətləri daha da yaxşılaşdırılacaq. Qarşıda duran əsas məsələlərdən birinin də respublika ərazisində internetin inkişafını sürətləndirmək olduğu vurğulanıb.

AzNews.az
Bağla X