09:58
(077) 610-22-33

Bakıda iki yük maşını toqquşdu, yaralı var

  • >
198 9 May 2013 07:41 | Hadisə

Bakının Tbilisi prospektində iki yük maşını toqquşub. AzNews.az- ın məlumatına görə, 165-ci il təvəllüdlü Daşdəmirov Abdulla Alaş oğlu qəfildən idarəetməni itirib və nəticədə avtomaşını qarşıda hərəkətdə olan eyni yük maşının arxa hissəsinə çırpıb. Hadisə zamanı yük maşının kabin hissəsi deformasiyaya uğradığından sürücünün sıxışıb qaldığı yerdən çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Avtoqəza nəticəsində əraziyə yanacaq dağıldından hadisə yerinə bir yanğınsöndürən maşın da çağrılıb. Uzun çəkən əməliyyatdan sonra xilasedicilər sürücünü sıxışıb qaldığı yerdən çıxarmağa müvəvvəq olublar.

Qəzaya səbəb kimi ilkin olaraq ara məsafəsinin düzgün saxlanılmaması göstərilsə də, hələlik polis bu versiya üzərində iş aparır. Baş vermiş yol qəzası ilə bağlı Yasamal rayon polis idarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəbləri bu araşdırmaların sonunda bəlli olacaq.

AzNews.az
Bağla X