Rusiyadakı həmyerlilərimizə bədxəbər

Rusiyada əcnəbi vətəndaşlar satıcı işləyə bilməyəcək


Rusiya prezidenti Vladimir Putin əcnəbi vətəndaşların Rusiyada aptekdə daxil olmaqla, pərakəndə satış yerlərində tərəzi arxasında durmasına, satıcılıq etməsini qadağa qoyan qanuna imza atıb. Qanuna görə, işverən "yüksək səviyyəli işçi" adı altında əcnəbi vətəndaşları satıcılıq işinə götürə bilməyəcək.

Qeyd edək ki, Rusiyada 1 yanvar 2011-ci ildən etibarən xarici vətəndaşların bazarlarda, spirtli içki mağazasında və apteklərdə satıcılıq etməsi qadağan olunmuşdu. Diqqətə çatdıraq ki, Rusiya bazarlarında işləyənlərin çoxu keçmiş SSRİ ölkələrindən gələn vətəndaşlardır.

Digər tərəfdən isə, Rusiyanın İş və Sosial Müdafiə Nazirliyi 2013-cü ildə 1 milyon 745 min 584 əcnəbi işçi kvotası təyin etmişdi. Anket araşdırmalarına görə, Rusiya vətəndaşlarının yüzdə 64-ü xarici işçilərin sayının azaldılmasının tərəfdarıdır.//azvision//

AzNews.az