Kəmaləddin Heydərov açılış mərasimində iştirak etdi

Fövqəladə Hallar Nazirlliyinin (FHN) iki yeni Dövlət Yanğından Mühafizə Hissəsinin binasının açılış mərasimi olub.


Bu gün FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.

Nazir yeni binada yaradılmış şəraitlə və texnika ilə tanış olub.

Qeyd edək ki, Yanğından Mühafizə Hissəsi müasir tələblərə cavab verən avadanlıqlarla və yanğınsöndürən avtomobillərlə təchiz edilib.

Bundan əlavə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin də açılış mərasimi keçirilib.

Burada isə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev iştirak edib. Mirzəyev yeni binaya baxış keçirib və orada yaradılan şərait və texnika ilə yaxından tanış olub.

AzNews.az