Bakıda yanğın: 2 ölü, 3 yaralı

Bakıda kommunal tipli yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzilin dəhlizinin və hamamının yanar konstruksiyaları 42 kv.m sahədə və vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan qonşu mənzilin tavanı 8 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı mənzildə yaşayan 2 nəfər, 2010-cu il təvəllüdlü Əhmədov Rauf Zahid oğlunun və 1949-cu il təvəllüdlü Korolyova Valentina Pavlovnanın meyitləri aşkar olunub.

Bundan əlavə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti almış və 1 nəfər tüstüdən zəhərlənib. Meyitlər aidiyyatı üzrə təhvil verilib. Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az