05:52
(077) 610-22-33

Açılması planlaşdırılan Bakı-Pekin aviareysi ləğv olundu

  • >
5 607 10 May 2013 08:24 | Hadisə

Mayın 10-dan etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) tərəfindən yerinə yetirilməli Bakı-Pekin-Bakı aviareysi müvəqqəti olaraq ləğv olunub




Pekinə yeni uçuşlara başlayan bütün aviaşirkətlərin qarşısına qoyulmuş yeni tələblərlə əlaqədar, AZAL-ın Bakı-Pekin-Bakı marşrutu üzrə planlaşdırılan aviareysi müvəqqəti olaraq ləğv olunur: "Məsələnin həlli üçün Çinin müvafiq strukturları ilə son ana qədər danışıqlar aparılıb, lakin çoxsaylı yeni tələblərin həlli üçün zamanın məhdudluğu, bu reysin yerinə yetirilməsini mümkünsüz edib. Bu məlumatla bağlı yaranmış olan narahatçılığa görə, bütün sərnişinlərimizdən üzr istəyirik".

Şirkətin məlumatına əsasən, bütün müvafiq rəsmiləşdirmələr həll olunduqdan sonra, yaxın zamanlarda reyslərə başlanacaq və bu barədə AZAL tərəfindən məlumat veriləcək.

"AZAL-ın Bakı-Pekin-Bakı reysinə aviabilet əldə etmiş bütün sərnişinlərinə, biletin tam dəyərinin geri qaytarılması imkanı veriləcək və ya Pekinə və geri başqa marşrutlar üzrə aviabilet təqdim olunacaq", - deyə aviaşirkətin məlumatında bildirilir.

AzNews.az
Bağla X