Havanın temperaturu 25 dərəcəyə çatacaq Havanın temperaturu 25 dərəcəyə çatacaq

Hava necə olacaq?

Havanın temperaturu 25 dərəcəyə çatacaq




Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi xəbərə görə, havanın temperaturu gecə 14-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

AzNews.az