Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Kürdəmirdəki qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb



AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 9-na keçən gecə Kürdəmir rayonunda yaşayan, əvvəllər məhkum olunan Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızı, 3 yaşlı Mələyi döyərək qətlə yetirib hadisə yerindən qaçıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Q. Süleymanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzNews.az