19:35
(077) 610-22-33

Azərbaycanda Atatürk qadağası

  • >
169 10 May 2013 15:10 | Hadisə

Azərbaycanda 18 nəfər "Atatürk"ün adını daşıyır.

Qafqazinfo xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə Atatürk adı qadağan edildiyi üçün Azərbaycanda da belə bir araşdırma aparılıb.

Məlum olub ki, Azərbaycanda 18 nəfər "Atatürk"ün adını daşıyır.

Sayalı Sadıqova qeyd edib ki, Azərbaycanda 8 min adın qadağan olunması üçün Milli Məclisə təklif göndəriləcək. Həmin siyahıda "Atatürk" adı da olacaq: "Bundan sonra ölkədə Atatürk adının qoyulmasına icazə verməyəcəyik. Atatürk tarixi bir şəxsiyyətdir və bu ad yalnız ona məxsus olaraq qalmalıdır"

AzNews.az
Bağla X