Yataqxanada yanğın

Bakıda yataqxana binasında yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda 5 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan otaqda 1 ədəd çarpayi və yataq dəsti, 1 kv.m sahədə divar kağızı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğından otaq mühafizə olunub. Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az