"Mən qardaşımın tapılması üçün bütün vasitələrə əl atmışam" "Mən qardaşımın tapılması üçün bütün vasitələrə əl atmışam"

Elşad Abdullayev: “10 ildir ki, Mahirdən məlumat yoxdur“ - MÜRACİƏT

"Mən qardaşımın tapılması üçün bütün vasitələrə əl atmışam"




Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev eks-millət vəkili Gülər Əhmədova barəsində açılan cinayət işi ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət ünvanlayıb. Bu barədə Modern.az-a Elşad Abdullayev özü məlumat verib.

Elşad Abdullayevin müraciətində bir sıra məqamlara toxunulub. Müraciətin müəyyən hissəsini ixtisarla təqdim edirik:

"Gülər Əhmədovanın barəsində başlanmış cinayət işi ilə əlaqədar bir zərərçəkmiş şəxs kimi istintaqa aşağıdakıları göstərə bilərəm:

Mənim doğma qardaşım, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Abdullayev Mahir İslam oğlu 13 oktyabr 2003-cü il tarixdə saat 10:30 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdır. Məhz qardaşımın ogurlanmasının səhərisi günü, 14 oktyabr 2003-cü il tarixində saat 08-09 radələrində deputat Gülər Əhmədova və Sevinc Babayeva mənim iş otagımda-Azərbaycan Beynəlxalq Universitetinin rektorlugunun qəbul otagında məni gözləyirdilər, həmin an onları qəbul etdim. Gülər Əhmədova ov şikarı üstünə gəlmiş ovcu kimi məni təhdid edib üstümə gələrək bildirdi ki, Mahirin mənə 600 $ (ABŞ dolları) borcu vardır.

Mən Gülər Əhmədovaya bildirdim ki, heç narahat olmayın əgər qardaşım Mahir mənə bildirsə ki, sənə 600 $ borcu var şəxsən mən həmin pulu özüm sənə qaytaracagam. Gülər Əhmədovanın bu 600 $ ehyamını mən Əli Zəngilanskinn video-görüntülərində dediyi kimi Mahiri mügənli Mətanət İsgəndərlinin evindən DİN-in Banditizm İdarəsinə aparılan günü onun əl sumkasından 600 min dolların götürülməsi kimi başa düşürəm. Mahir ogurlanana qədər 05 oktyabr 2003 il tarixində "Yaşıl Ada" restoranında Arzu Kazımovla mügənli Mətanət İsgəndərli və ikinci arvadı mügənli İradə İlkinlə Mahirə "Mügənli Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri" adlı təhdidedici məqaləsini verərək 2 milyon $ tələb etmişdir,o, isə mügənli Mətanət İsgəndərlinin evindən ogurlanan günü 600 min $ vermişdir, buna qane olmayan paqonlu-banditlər müqənli Mətanət İsgəndərlinin evində Mahirlə dava salmışlar, pulun qalanınıda tələb etmişlər. Məlumdur ki, biznesmen-deputat Gülər Əhmədovanın 600 $-a ehtiyacı yoxdur və belə durumda gəlib məndən 600 $ tələb edir, sadəcə olaraq 600 min $-in necə əldə etməyin yollarını düşünürdü. Birdə ki, zərərçəkmişin tempuraturunu bilmək istəyirdi.

Diqqəti çəkən məqamlardan biri də odur ki, mən deputat Gülər Əhmədovanı və Sevinc Babayevanı söhbət edib yola saldıqdan sonra ABU rektorlugunun qəbul otagında ilk dəfə gördüyüm , hazırda həbsdə olan Arzu Kazımovun vasitəçisi Rövşanə Əliyeva da mənimlə görüşmək ücün israr edirdi. Rövşanə Əliyeva bir necə gün gəlib getdikdən sonra , o, mənə bildirdi ki, Sizinlə Mahirlə bağlı söhbət etmək istəyirəm və ilk dəfə olaraq həmin günü məni Arzu Kazımovla görüşdürdü ( Bu barədə bir necə video-audieo faktlar KİV-də ictimailəşdirilmişdir).

Hal-hazıra kimi də 10-cu ildir ki,Mahirdən heç bir məlumat yoxdur. Baş Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyasının yaradılmasından 7 ay 7 gün kecir. Halbuki, bir hüquqşünas kimi təsdiq edirəm ki, bu cinayətin açılması üçün KİV-də ictimailəşmiş bir video-faktda kifayətdir. İctimai əhəmiyyətini nəzərə alsaq bütün azərbaycan xalqıda bunu təsdiq edir. Mən qardaşımın tapılması üçün bütün vasitələrə əl atmışam. Məhz bu axtarışların gedişində Gülər Əhmədova ilə Sevinc Babayeva mənə demişdir ki, Gülər Əhmədova qardaşım Mahirin tapılmasında yardımçı ola bilər, onun çox böyük əlaqələri var".

AzNews.az