Ev sahibi hamamda diri-diri yandı - BAKIDA

Bakıda baş verən yanğında ev sahibinin meyiti tapılıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və hamamın lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb.

Yanğın zamanı hamamda ev sahibi N.Əfəndiyevin meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az