17:34
(077) 610-22-33

Zorlanan qızın anasını döydülər – ZƏRDABDA

  • >
248 11 May 2013 12:31 | Hadisə

Zərdab Rayon Polis Söbəsi isə hələ də baş verənlərlə bağlı hərəkətə keçməyib



Zərdab rayonunun Alıcanlı kəndində zorlanan məktəbli qızın anası Könül İsmayılovanın evinə Rusiyada yaşayan həmkəndlisi tərəfindən soyuq silahla hucum edilib.

Təhqiramiz ifadələrdən sonra da ürəyi soyumayan kənd "təəssübkeş"i ananın üstünə gedərək şillə-təpiklə onu döyməyə başlayıb. Ana isə onun əlindən çıxmaq üçün çırpınsa da səsinə səs verən olmayıb.

Qeyd edək ki, İsmayolovanın evinə olan hucumla bağlı Zərdab Rayon Polis Söbəsinə bir gün əvvəl məlumat vermişdik. Polis Şöbəsindən isə hadisəylə bağlı məlumatsız olduqlarını bildirsələr də həmin anda olay yerinə gedəcəklərini bildirdilər.

Lakin üstündən bir gün keçsə də hələ Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana getməyib.

Zərdab Rayon Polis Şöbəsinin müstəntiqi Məsud Rəhimov isə AzNews.az-a bildirdi ki, məsələ ilə bağlı polis rəisinə məlumat verilib:

"Rəis deyir ki, qadın gəlib ərizə versə yaxşı olar. Şikayət olunmalıdır. Ərizə verilməsə, işə qarışmaq mümkün deyil".

Bütün bunlara baxmayaraq, M.Rəhimovu hadisə yerinə getməyə söz verdi.

Bahar Rüstəmli
AzNews.az

Bağla X