13:42
(077) 610-22-33

“Mətanət İsgəndərli Mahir Abdullayevlə yaşayıb, sevgili olub“ - VİDEO

  • >
367 11 May 2013 19:37 | Hadisə

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada olan Elşad Abdullayev eks-millət vəkili Gülər Əhmədova barəsində açılan cinayət işi ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət ünvanlandığı məktubda yazıb: "Mahir oğurlanana qədər 05 oktyabr 2003 il tarixində "Yaşıl Ada" restoranında Arzu Kazımovla müğənni Mətanət İsgəndərli və ikinci arvadı müğənni İradə İlkinlə Mahirə "Müğənni Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri" adlı təhdidedici məqaləsini verərək, 2 milyon dollar tələb etmişdir, o isə müğənni Mətanət İsgəndərlinin evindən oğurlanan günü 600 min dollar vermişdir, lakin müğənni Mətanət İsgəndərlinin evində Mahirlə dava salmış şəxslər pulun qalanını da tələb etmişlər. Məlumdur ki, biznesmen-deputat Gülər Əhmədovanın 600 dollara ehtiyacı yoxdur və belə durumda gəlib məndən 600 dollar tələb edir, sadəcə olaraq 600 min dolların necə əldə etməyin yollarını düşünürdü. Bir də ki, zərərçəkmişin temperaturunu bilmək istəyirdi".

E. Abdullayevin adını qeyd etdiyi müğənni əslində İradə İlkin deyil, İranə İlkindir. Müğənni məsələ ilə bağlı Lent.az-ın suallarını cavablandırıb:

- Mən Elşad Abdullayevi tanımıram. Buna görə siz olar ki, mənim vəkilimlə əlaqə saxlayasınız? Mən nə Mahiri, nə də Elşadı tanıyıram. Amma bilirəm ki, Mətanət İsgəndərli Mahirlə yaşayıb, sevgili olub. Ondan zəng vurub soruşun bu məsələləri. Burada mənim nə günahım var ki, məndən zəng edib, soruşursunuz? Mənim bu yazıdan xəbərim var. Yəni, mənə deyiblər, oxumuşam. Yenə deyirəm, mənim onlarla heç bir münasibətim olmayıb. Deyə bilmərəm, onları kim tanıyıb. Mahirlə Mətanətin sevgili olmağını isə bütün Azərbaycan bilir.

- Bəs bu məsələdə niyə məhz sizin adınız hallanır?


- Bu məsələdə adı hallanan və indi həbsdə olan Arzu Kazımova görə mənim də adım hallanır. Çünki mən Arzu Kazımovla yaşamışam, sevgili olmuşuq. İkinci həyat yoldaşı olmuşam, mənim ondan 8 yaşında qızım da var.

- Amma Elşad Abdullayev məhz sizin adınızı hallandırıb... Sizin Mətanət İsgəndərli ilə bu məsələ ilə bağlı müzakirəniz olubmu?


- Bir müğənni kimi Mətanətlə "salam – sağ ol"um olub. Mən də bu sənət aləmində olmuşam. 8 ildir uzaqlaşmışam. Amma onun şəxsi həyatı ilə maraqlanmamışam. Nəinki mən, heç o da maraqlanmayıb. Heç Mətanəti Mahirlə bir yerdə olan zaman da görməmişəm. Bu günə qədər mən Mətanətin nömrəsini də bilmirəm. Amma toylarda, konsertlərdə qarşılaşanda görüşmüşük. Amma oturub söhbət etməyimiz olmayıb.

P.S. Mətanət İsgəndərli ilə sualı eşidən kimi "Mən Bakıda yoxam, yol gedirəm. Dağa çıxıram, dağdayam. Adını sadaladığınız insanları da tanımıram" deyib telefonu qapadıb.

AzNews.az


Bağla X