Şəki ərazisində BMW X-5 markalı avtomobil dərəyə yuvarlanıb Şəki ərazisində BMW X-5 markalı avtomobil dərəyə yuvarlanıb

BMW dərəyə yuvarlandı: 2 yaralı

Şəki ərazisində BMW X-5 markalı avtomobil dərəyə yuvarlanıb



Şəki Rayonlararası Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə mayın 13-də saat 03.50 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 132-ci km-də, Şəki rayonu ərazisində baş verib.

Gürcüstan Respublikası Marnouli rayonu Daştəpə kənd sakini, hazırda Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Vəliyev Ruhi Sədi oğlu idarə etdiyi BMW X-5 markalı, Gürcüstan dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən hərəkət istiqamətini itirərək yolun kənarındakı dərəyə yuvarlanıb.

Hadisə yerinə Şəki Rayonlararası Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları ilə birgə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki şəhər Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.

YMH əməkdaşları müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobilin sürücüsü Ruhi Vəliyev və avtomobildə olan sərnişin Ruhi Vəliyevin həmyerlisi, 1985-ci il təvəllüdlü Nuriyev Anar Əli oğlu avtomobildən çıxararaq hadisə yerində olan həkimlərə təhvil veriblər.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Vəliyev və A. Nuriyev Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta stabil olduğu bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, Anar Nuriyev Ruhi Vəliyevin bacısının həyat yoldaşıdır.

AzNews.az