00:18
(077) 610-22-33

Həmyerlimizin döyülməsi ilə əlaqədar Ukrayna hökumətinə müraciət edilib

  • >
239 13 May 2013 08:54 | Hadisə

Ukraynada yaşayan azərbaycanlılar azərbaycanlı iş adamı Elşən Əzimovun ötən gün paytaxt Kiyevdə ermənilər tərəfindən vəhşicəsinə döyülməsi faktına görə Ukrayna Prezident Administrasiyasına, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ediblər



Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, müraciət Ukraynanın bütün vilayətlərində yaşayan azərbaycanlıların adından rəsmi olaraq ünvanlanıb və qeyd olunub ki, bu fakt azərbaycanlılar üçün ciddi narahatlıq yaradıb.

Müraciətdə yerli hökumətdən baş verən hadisənin qısa bir zamanda, obyektiv surətdə araşdırılması, hadisənin etnik zəmində baş verməsinin rəsmi şəkildə sübuta yetirilməsi və hadisəyə hüquqi qiymət verilməsi, cinayətkarların məsuliyyətə cəlb olunması tələb olunur: "Əks halda Ukrayna vətəndaşı olan, burada yaşayan hər bir azərbaycanlı eyni hadisəni hər gün özlərinə qarşı baş verə biləcəyi ehtimalını real fakt kimi qəbul edir. Bildiririk ki, ermənilərin azərbaycanlılara qarşı təcavüzünün davam etməsinə üçüncü ölkədə imkan verilməsi burada olan stabilliyə mane olacaq".

Qeyd edək ki, mayın 11-i yerli vaxtla axşam saat 19:00 radələrində azərbaycanlı iş adamı Elşən Azad oğlu Əzimov Kiyev şəhərinin Brovarskoe şosesi 61 ünvanında özlərini Ukraynada Dağlıq Qarabağ erməniləri kimi təqdim edən Mısak və Samvel Xıdıryan qardaşları, onların tanışı Armen Pterosyanın hücumuna məruz qalaraq vəhşicəsinə döyülərək ölümcül yaralanıb. Yaxınlıqdakı şəxslərin yardımı nəticəsində xəstəxanaya yerləşdirilən iş adamını xilas etmək mümkün olub.

E. Əzimov APA-ya bildirib ki, adı çəkilən ermənilər etnik zəmində bir neçə dəfə onunla mübahisə edib, onu öldürməyə cəhd ediblər. Hadisə barədə Kiyev şəhər hüquq-mühafizə orqanları, həmçinin Azərbaycan və Ermənistanın Ukraynadakı səfirlikləri məlumatlandırılıb.

AzNews.az
Bağla X