Azərbaycanda istehsal edilmiş bəzi silahlar Türkiyə Ordusunda silahlanmaya qəbul oluna bilər Azərbaycanda istehsal edilmiş bəzi silahlar Türkiyə Ordusunda silahlanmaya qəbul oluna bilər

Silahlarımız Türkiyə Ordusunda istifadə oluna bilər

Azərbaycanda istehsal edilmiş bəzi silahlar Türkiyə Ordusunda silahlanmaya qəbul oluna bilər



Bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, İstanbulda keçirilmiş İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində Türkiyənin müdafiə sənayesi katibi Murad Bayarla görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə olunub.

"Biz görüşdə Azərbaycanda istehsal olunan bəzi silahların Türkiyə Ordusunda istifadəyə qəbulu ilə bağlı məsələni də müzakirə etdik. Ümid edirəm ki, yaxın vaxtlarda bununla bağlı bəzi addımlar atılacaq", - deyə Y. Camalov vurğulayıb.

Azərbaycanın Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa önəm verdiyini deyən nazir bu çərçivədə birgə layihələrin olacağını bildirib.

AzNews.az