Mayın 13-də saat 00.30 radələrində Bakı şəhərində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Mayın 13-də saat 00.30 radələrində Bakı şəhərində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda ağır qəza: 2 ölü

Mayın 13-də saat 00.30 radələrində Bakı şəhərində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib



AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mərdəkan qəsəbəsi ərazisində şəhər sakinləri Ağaməmməd Qəhrəmanovun idarə etdiyi "Toyota" markalı və Mirabbas Əlimuradovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əlimuradov və sərnişini Məmmədəli Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az