Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb

Əvəz Zeynallının apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb



Bu barədə APA-ya vəkil Elçin Sadıqov bildirib. E. Sadıqov prosesdə qərarın elan olunduğunu deyib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödəniləcək.

Hökmdən apellyasiya şikayəti verilib.

AzNews.az