20:23
(077) 610-22-33

Müəllim şagirdin ölümünə səbəb oldu ?- Azərbaycanda

  • >
174 13 May 2013 15:12 | Hadisə

Bu gün səhər saatlarında Sumqayıt şəhərində orta məktəbdə şagird dərs zamanı ölüb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 8-ci mikrorayonda yerləşən 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov qəflətən dünyasını dəyişib.Hazırda uşağın ölümünün səbəbləri araşdırılır.

Hadisə şahidlərinin verdikləri məlumata görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim ona cəza kimi məktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar 17 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefonu məktəbin mühafizəçisi götürdü və günorta saatları olmasına baxmayaraq, məktəbdə heç kimin olmadığını bildirdi. Ölən şagirdin Gülşən Hüseynovanın rəhbərlik etdiyi "11 B" sinifində təhsil aldığını bildirdilər.

AzNews.az
Bağla X