Taleh Bağırovun şikayəti təmin edilmədi

Mayın 13-ü Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun ev dustaqlığına buraxılmasından imtina edilməsindən şikayətə baxılıb. İmtina qərarını Nərimanov Rayon Məhkəməsi mayın 3-də çıxarıb.

Vəkil Cavad Cavadlı "Media forum" saytına deyib ki, şikayət təmin olunmayıb: "Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi məhkəmədə bildirdi ki, Taleh Bağırov ev dustaqlığına verilsə, istintaqdan yayına bilər. Biz ondan təsdiqedici sübutlar istədik. Bildirdi ki, heç bir sübutu yoxdur, sadəcə, ehtimal edir. Etirazımızı bildirsək də, məhkəmə birinci instansiyanın qərarını dəyişmədi".

Taleh Bağırov martın 31-də tutulub. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.

AzNews.az