14:21
(077) 610-22-33

AXCP Milli Şuraya görə toplandı

  • >
130 13 May 2013 16:27 | Hadisə

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin Rəyasət Heyəti (AXCP RH) növbğəti iclasını keçirib. İclasda ölkədəki ictimai-siyasi durum və təşkilatdaxili məsələlər müzakirə edilib.

AXCP RH-də Milli Şuranın yaradılması ilə bağlı partiya sədri Əli Kərimlinin məlumatı dinlənilib bu yöndə aparılan danışıqlar və görülən işləri təhlil olunub.

Ötən həftədə rayonlarda keçirilən partiya tədbirləri ilə bağlı AXCP RH üzvlərinin ezamiyyətdə olan üzvlərinin hesabatları dinlənib, keçirilən müşavirələr müsbət qiymətləndirilib. Onların davamlılığı məqsədəuyğun sayılıb.

Növbət həftə üçün müşavirə keçiriləcək rayon şöbələri müəyyənləşdirilib.

AXCP RH Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ilə bağlı 28 mayda kütləvi tədbir və AXCP Ali Məclisinin sessiyasının keçirilməsi barədə qərar qəbul edib.//modern//

AzNews.az
Bağla X