04:36
(077) 610-22-33

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

  • >
326 13 May 2013 21:44 | Hadisə

Bu gün axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun 4-cü şöbə adlanan ərazisində qeydə alınıb. 45 yaşlı Gürcüstan vətəndaşı Rövşən Mikayılov idarə etdiyi 90 CS 634 dövlət nömrə nişanlı "Mersedes" markalı nəqliyyat vasitəsi ilə 4 yaşlı Fərid Müzəffərovu vurub. Xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X