İki avtomobil toqquşdu, ölənlər var - YENİLƏNDİ

Bu gecə saat 03:00 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Neftçilər prospektində Ruslan Yusifovun idarə etdiyi avtobusla Elşən Əhmədovun idarə etdiyi "Toyota" markalı minik avtomobili toqquşub.

Nəticədə "Toyota"nın sürücüsü Elşən Əhmədov və onun sərnişini Samirə Əliyeva dünyasını dəyişib, Ruslan Yusifov isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

09:10

Bakının Səbail rayonunda "Toyota" markalı minik avtomobili və "Daewoo" markalı sərnişin avtobusu toqquşub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində 2 nəfər qəzada ölüb və "Toyota" markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzNews.az