Elçin Əlibəyli işdən çıxarılması xəbərindən danışdı

Bu gün Publika.az saytının baş redaktoru Elçin Əlibəylinin tutduğu vəzifədən uzaqlaşması barədə məlumatlar yayılıb.

Məlumatda qeyd olunur ki, buna səbəb E.Əlibəylinin saytın rəhbəri Aynur Camalqızı ilə yaşadığı münaqişə olub. Məlumatı dəqiqləşdirmək üçün Elçin Əlibəyli ilə əlaqə saxladıq.

Baş redaktor AZNEWS.AZ-a açıqlamasında bildirdi ki, işdən ayrılmayıb və hazırda da işinin başındadır: "Yayılan məlumat dezinformasiyadan başqa bir şey deyil. Mən iş başındayam".

Anar
AzNews.az