“Azərbaycan Respublikası bizim yaxın qonşumuz və dostumuzdur” “Azərbaycan Respublikası bizim yaxın qonşumuz və dostumuzdur”

Allahşükür Paşazadə İrana səfər edəcək

“Azərbaycan Respublikası bizim yaxın qonşumuz və dostumuzdur”



APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin yeni sözçüsü Seyd Abbas Əraqçı bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi ilk həftəlik mətbuat konfransında bildirib.

İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini deyib ki, bəzi kənar qüvvələr iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar: "Ancaq hər iki ölkənin rəhbərləri və rəsmiləri mövcud əlaqələri genişləndirmək əzmindədir. Biz də çalışırıq ki, Azərbaycan Respublikası ilə əməkdaşlığı inkişaf etdirək və kənar qüvvələrin iki ölkə arasındakı münasibətlərə müdaxiləsinin qarşısını alaq".

A.Əraqçı qeyd edib ki, İran Suriyadakı böhranın yalnız siyasi yolla həllinin tərəfdarıdır: "Biz bu məsələ ilə bağlı Azərbaycanla yaxşı məsləhətləşmələr aparmışıq və hesab edirik ki, iki ölkə arasında bu kimi məsləhətləşmələr davam edəcək".

İran XİN sözçüsü həmçinin vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə yaxın günlərdə İrana səfər edəcək.

AzNews.az