20:06
(077) 610-22-33

23 uşaq yol qəzasının qurbanı olub

  • >
169 14 May 2013 15:36 | Hadisə

Bu il yanvarın 1-dən mayın 1-dək respublikada baş vermiş yol-nəqliyyat hadisələri zamanı 23 uşaq ölüb, 88-i xəsarət alıb



Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, ölənlərdən 9 nəfəri, xəsarət alanlardan isə 23 nəfəri 7 yaşınadək uşaqlar olub. 7 yaşdan 16 yaşadək uşaqlar arasında isə 14 ölüm, 65 xəsarət faktı qeydə alınıb.
Uşaqlardan 7 nəfəri piyada, 13 nəfəri sərnişin, 3 nəfəri avtomobil sürücüsü olarkən yol qəzalarının qurbanına çevrilib, 38 nəfəri piyada, 47 nəfəri sərnişin, 1 nəfəri velosiped, 1 nəfəri isə avtomobilin sükan arxasında olarkən xəsarət alıblar.

Qəzalar zamanı 7 yaşınadək uşaqlardan 2-si piyada, 7-si sərnişin olarkən dünyasını dəyişib. 7-16 yaş arası uşaqlardan isə 5 nəfəri piyada, 6 nəfəri sərnişin olarkən, 3 nəfəri avtomobilin sükanı arxasında ölüb. Bu yaş dövründə xəsarət alanların 28-i piyada, 34-ü sərnişin, 1-i velosiped, 1 nəfəri isə avtomobil sürücüsü olub.

Qeyd edək ki, bu ilin ilk dörd ayında Azərbaycanın avtomobil yollarında 904 yol-nəqliyyat hadisəsi (339 ölüm, 983 xəsarət) baş verib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda yol qəzalarının sayı artıb. Belə ki, yol-nəqliyyat hadisələri 20%, ölüm halları 56%, xəsarət alanların sayı isə 16% artıb.


AzNews.az
Bağla X