Şəkini sel basdı - VİDEO

Dünən axşam saat 19.30-dan etibarən Şəkidə hava kəskin pisləşib. 5 dəqiqə aramsız yağan dolunun ardınca şimşək çaxıb, leysan yağıb. 10-15 dəqiqə ərzində küçələrdə sel əmələ gəlib. Bəzi yollarda problem yaranıb. Şəkinin Məmməd Əmin Rəsulzadə prospektində su arxlarının dolması və suyun asfalta yayılması avtomobillərin hərəkətində çətinliklər yaradıb. Salman Mümtaz küçəsində də oxşar vəziyyət yaşanıb. Yağan yağış avtomobillərin yolda qalmasına səbəb olub və yolda hərəkəti mümkünsüz edib. Sürücülər də qəfil yağan yağışın onlar üçün problem yaratdığından şikayətləniblər. Ara küçələrdə isə əhali yola çıxaraq suyun evlərinə keçməsinin qarşısını almağa çalışıb.

Bir neçə gün öncə Hidrometeoroloji Departamentdən verilən məlumata görə, dünən havanın yağmurlu olması gözlənilirdi. Departamentdən verilən məlumata görə, yağumurlu hava şəraiti 15 may günorta saatlarınadək davam edəcək.//anspress//

AzNews.az