“Bəy hamamı” yandı

Şəmkir rayonu, Gülüstan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 430 kv.m olan birmərtəbəli "Bəy hamamı" istirahət kompleksində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, istirahət kompleksindəki saunanın dəhlizinin lambirdən ibarət tavanı 5 kv.m sahədə yanıb. Kompleksin qalan hissəsi yanğından mühafizə olunub.


Elnur
AzNews.az