04:36
(077) 610-22-33

Akademik vəfat etdi

  • >
213 15 May 2013 08:15 | Hadisə



Ukraynadakı Azərbaycan diasporuna ağır itki üz verib. Ukraynada yaşayan tanınmış alim, tibb elmləri doktoru , akademik Şamil Topçiyev vəfat edib. Bu barədə Modern.az-a Krımdakı Azərbaycan diasporunun rəhbəri Rəhim Hümbətov məlumat verib.

Şamil Topçiyev Bakıda doğulub, ali təhsil alıb, bütün həkimlik fəailiyyətini vərəm xəstəliyilə mübarizəyə həsr edib. Görkəmli alimin rəhbərliyi altında bir çox mütəxəssislər yetişib. Dünya miqyasında tanınan alim 150-dən çox elmi işin müəllifidir.

Akademik Şamil Topçiyev Ukraynanın yay paytaxtı sayılan Yaltada yaşayırdı.

AzNews.az
Bağla X