23:42
(077) 610-22-33

Şəkidə selin fəsadları aradan qaldırılır

  • >
275 15 May 2013 09:59 | Hadisə

Bu gün səhər saatlarından başlayaraq Şəkidə dünən yağan dolunun yaratdığı fəsadlar aradan qaldırılır. Şəki sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hazırda Məmməd Əmin Rəsulzadə prospekti və Salman Mümtaz küçəsində texnika və canlı qüvvə işə cəlb edilib.

Şəhərin "Yuxarı baş" adlanan hissəsində bəzi evlərə su düşdüyü, həmçinin həyətyanı təsərrüfatlara ciddi ziyan dəydiyi bildirilir. Dəymiş ziyanın miqdarı hələ hesablanmayıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X