Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

Yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir



Yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək caxacaq, arabir yağış yağacaq, şərq küləyi şimşək caxanda arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

AzNews.az