23:33
(077) 610-22-33

AzNews.az-ın baş redaktoruna qarşı çirkin təxribat

  • >
1 996 15 May 2013 14:30 | Hadisə

Elçin Zahiroğlu məsələylə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi




Xəbər verdiyimiz kimi, dünən günorta saatlarından etibarən AzNews.az xəbər portalına haker hücumu həyata keçirilir. Hücumların məntiqi sonluğu kimi isə bu gün səhər saatlarında saytın baş redaktoru Elçin Zahiroğlunun şəxsi "facebook" və mail hesablarının şifrələri sındırılıb və hər iki səhifə hakerlər tərəfindən ələ keçirilib.

AzNews.az-a daxil olan məlumata görə, baş redaktorun "facebook" hesabını ələ keçirən şəxslər onun adından ölkənin bir sıra tanınmış adamlarının çirkin formada təhdidlər yazırlar. Belə ki, E.Zahiroğlunun ələ keçirilən şəxsi hesabından təhdid və şantajlara məruz qalan şəxslərdən biri də Azadlıq Radiosunun tanınmış jurnalisti Xədicə İsmayıldır. Bu saatlarda baş redaktora adı çəkilən radionun əməkdaşları zəng edərək bildiriblər ki, onun hesabından X.İsmayıla təhdid mesajları gəlir, jurnalistin videolarının yayılacağı şantajı edilir. Radiodan bildiriblər ki, X.İsmayıl hazırda ölkədə yoxdur, ona yazılan bu mövzulu mesajlar barədə Azadlıq Radiosunun Bakı ofisinə özü məlumat verib.

AzNews.az olaraq bəyan edirik ki, bu, saytımıza və onun baş redaktoru Elçin Zahiroğluna qarşı başlanan çirkin qara piardır. Baş redaktorumuzun "facebook" hesabından hörmətli X.İsmayıla yazılan şantaj xarakterli mesajların məsuliyyətini daşımadığımızı vurğulamaq istəyirik.

E.Zahiroğlunun adından ölkənin tanınmış şəxslərinə qarşı yazılan bu çirkin təhdidlərin X.İsmayılla yekunlaşmayacağını nəzərə alaraq, bəyan edirik ki, Elçhin Zahiroğlu (https://www.facebook.com/elchin.zahiroglu?fref=ts) adından yazılan böhtan, hədə və şantaj xarakterli mesajlarının baş redaktorumuzla heç bir əlaqəsi yoxdur.

Məsələ ilə bağlı X.İsmayıl da öz şəxsi "facebook" hesabında status paylaşıb: "Elçin Zahiroğlunun profili hack edilib. O profildən mənim də profilimi hack eləmək üçün cəhd etdilər. Guya hardasa yayılan videonu göndərib, linkə girib baxmağımı dedilər. Linklər FB, yaxud yahoo qeydiyyatı istəyirdi və mən imtina etdim. Sonra başladı təhqirlər. Elçin Zahiroğlunun oğurlanmış profilindən gələn mesajlardakı linkləri açmayın. Özünü də şikayət edin".

Qeyd edək ki, baş redaktorun "facebook" səhifəsi ələ keçirildikdən sonra həmin şəxsin kimliyi ilə maraqlandıqda, o, adının Natiq olduğunu və bu işi ondan Eynulla Fətullayevin xahiş etdiyini, bunun üçün ona 500 manat pul verdiyini yazıb. Aznews.az olaraq, düşünmürük ki, baş redaktorumuza qarşı bu təxribatın arxasında ölkənin tanınmış jurnalisti olan Eynulla Fətullayev dayanır, ancaq bunun arxasında dayanan şəxs kimdirsə, öz çirkin əməlində E.Fətullayevin də adını hallandıraraq, onun da bu işin içində olduğunu iddia edir. Hər halda, tanınmış jurnalist özü bu məsələyə aydınlıq gətirər.

Onu da bildirək ki, E.Zahiroğlu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Ümid edirik ki, ölkənin hüquq-mühafizə orqanları bir media qurumu rəhbərinə qarşı bu cür əxlaqsız hücum təşkil dən şəxsləri aşkarlayıb cəzalandıracaq.

Anar
AzNews.az

image description
Bağla X