14:44
(077) 610-22-33

İlqar Məmmədovun həbs müddəti 3 ay uzadıldı

  • >
167 15 May 2013 14:43 | Hadisə

Xəbər verdiyimiz kimi, bu gün Nəsimi rayon Məhkəməsində REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı proses keçirilib



Bu barədə AZNEWS.AZ-a İ.Məmmədovun vəkili Xalid Bağırov məlumat verib. O bildirib ki, məhkəmə istintaq orqanın İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi vəsatətə baxıb və vəsatəti təmin edib. Məhkəmə İ. Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Xatırladaq ki, İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi işğtişaş) ilə cinayət işi açılıb. Maddəyə görə, onu 4 ildən 12 ilədək həbs gözləyir.

AzNews.az
Bağla X