Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsini Xətai rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsini Xətai rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

Prokurorluq qətllə bağlı məlumat yaydı

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsini Xətai rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb



. Lent.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri uğurlu istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb, onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. Belə ki, vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü, daha sonra həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıldığı müəyyən edilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində S.Məmmədov tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edərək B.Mirzəyevanın basdırıldığı yeri göstərib, baxış zamanı meyit həmin ərazidə aşkar edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az