22:11
(077) 610-22-33

Daha bir avtobus qəzası: ölən var

  • >
174 15 May 2013 15:18 | Hadisə

Azərbaycanda daha bir avtobus qəzası baş verib



Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı rayonu istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X