10:07
(077) 610-22-33

Prezident Adminstrasiyası önündə aksiya

  • >
385 17 May 2013 11:55 | Hadisə

40-dək Sabirabad rayon sakini bu gün səhər saatlarında Prezident Adiminstrasiyası önündə aksiya keçirib. Aksiyaya polis həmləsi olub. Polis etirazçı yaşlılara, qadınalra qarşı da kobudluq eləməkdən özünü saxlamayıb, onları təhqiramiz ifadələrlə alçaldıb da.

Aksiyandan video çəkən RATİ nümayəndəsi, jurnalist Fəridə Əliyeva polis zorakılığına məruz qalıb, onun əlindən aparatı alınıb, özü isə saxlanılaraq nəmalum istiqamətə aparılıb.

Qarşıdurmada səngiyəndən sonra PA-ya etirazçıların nümayəndələri dəvət olunub. "Azadlıq"a məlumat verən sabirabadlıların sözlərinə görə, onlar rayonun Şəhriyar kəndindəndilər. PA-nın qarşısına gəlmələrinə səbəb isə 2 həmkəndililərinin həbsidir. Kəndililər deyir ki, həbs qərəzlidir və bu işdə əsl günahkar Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Rəşad Nuriyevdir.

Həbs olunanlardan birinin valideyni Ağaverdi Əmənov bildirir ki, oğlu və daha iki gənc (biri kəndçisi olmaqla) Bakıda fəhləliklə məşğul olublar. Avqustda onlar iş yerlərindən kirəyə qaldıqları ünvana (Ələtə) getmək üçün taksiyə miniblər. Yol haqqı kimi 16 manat danışılıb, ancaq gənclər üstlərində cəmi 12 manat olduğundan pulu tam verə bilməyiblər, vəd ediblər ki, qalan pulu tezliklə ödəyəcəklər. Bundan əsəbiləşən sürücü Şirin Abbasov "102"yə zəng edərək 300 manatdan artıq pulunu sərnişinlərin qarət etdiyini deyib. Beləliklə, gənclər həbs olunub və 4 gün onların harada saxlanıldığı gizlədilib. Həbs olunan gənclərin ikisi ailəlidir. Onlardan birinin - Əlibaba Muradovun himayəsində 3 uşağı da var.

Etirazçılar deyib ki, müstəntiq onlardan həbsdəkilərin azadlığı üçün 25 min manat pul istəyib. Bu qədər pulu vermək isə onların imkanları xaricindədir və ümumiyyətlə onlar bunu ədalətsizlik sayırlar.

Maraqlıdır ki, zərərçəkmiş kimi tanınan taksi sürücüsü sonra ərizə yazaraq qarət olunmadığını bildirib, sadəcə əsəbiləşərək belə iddia irəli sürdüyünü və izahatının nəzərə alınmasını xahiş edib.

Ağaverdi Əmənovun iddiasına görə, müstəntiq onunla köhnə bir söhbətin ədavətini aparır. Belə ki, bir il əvvəl onun başqa bir oğlu tikintidə qəzaya düşərək vəfat edib və bununçün iş icraçıları "qan pulu" kimi ona 20 min pul veriblər. Həmin iş icraçısı isə müstəntiq Rəşad Nuriyevin qohumudur və o, heç çəkinmədən "sizə keçən il o qədər pul veriblər, gətir sən də onu ver uşağını qurtar" təklifini edir.

PA-da şikayətləri dinlədikdən sonra sabirabadlıları DİN-nə yola salıblar. Onlar deyiblər ki, şikayətlərinə obyektiv baxılmasa daha sərt aksiyalara əl atacaqlar.

İttiham olunan tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AzNews.az
Bağla X