Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir

Sabah yağış yağacaq

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi xəbərə görə, mülayim-şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da mayın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Qeyd edək ki, respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək.

AzNews.az