09:54
(077) 610-22-33

Traktorçu fəhlənin başını bədənindən ayırdı – DƏHŞƏT - Yenilənib

  • >
294 18 May 2013 14:27 | Hadisə

Hadisə zamanı ölən və yaralananların adları AzNews.az-da





AzNews.az Ucarda baş verən bədbəxt hadisə nəticəsində qeydə alınan ölüm faktı ilə bağlı dəhşətli təfərrüat əldə edib.

Əldə etdiyimiz məlumata görə, torpaq altında qalan 3 nəfərdən ikisi - Sumqayıt sakini 1969-cu il təvəllüdlü Rasim Talıb oğlu Abbasov, Göygöl sakini 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəq oğlu Vəliyev özləri çıxıb.

Hadisə şahidlərinin sözlərinə görə, ölən Qulu adlı şəxsin isə torpaq altından çıxarılması üçün hadisə yerində olan traktora qazmaq göstərişi verilib. Qulunun bədəninin də məhz traktorun 2 yerə böldüyü söylənilir.

Rayondan bildirilib ki, istintaq bu ehtimalı da araşdıracaq. Traktor sürücüsünün də istintaqa cəlb olunduğu deyilir.


***************

15:06

Ucarda baş verən bədbəxt hadisə nəticəsində ölən və yaralananların şəxsiyyəti müəyyənləşib. AZNEWS.az-a rayondan verilən məlumata görə, ölənin adı Quludur və o, Sumqayıt şəhər sakinidir.

Hadisə zamanı xəsarət alan digər iki şəxsdən biri Sumqayıt, digəri Göygöl sakinidir.

Sumqayıt sakini 1969-cu il təvəllüdlü Rasim Talıb oğlu Abbasov, Göygöl sakini 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəq oğlu Vəliyevin Ucar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam edir.
Fakt üzrə Ucar rayon Prokurorluğunda cinayət işi açılıb.



13:41
Ucarda bədbəxt hadisə baş verib. AzNews.az-a rayondan daxil olan məlumata görə, hadisə Bakı-Qazax magistralının 243-cü kilometrliyində, Ucar rayonunun Qüləbənd kəndi ərazisində kabel xətti çəkilişi zamanı baş verib.

Belə ki, qazıntı apararkən uçqun baş verib və işçilərdən biri torpaq uçqununun altında qalıb. Məlumata görə, uçqun altında qalan şəxsin başı bədənindən ayrılıb. Bədbəxt hadisəyə tuş gələn şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Hazırda hadisə yerində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qəza-xilasetmə qrupu çalışır.

Hadisə zamanı daha iki nəfər də xəsarət alıb və onlar Ucar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Baş vermiş faciəli hadisəylə bağlı əlavə məlumat verməyə çalışacağıq.

Ruhiyyə
AzNews.az
Bağla X