Şəmkirdə dəşhətli qəza: ölənlər var - FOTO

Bir qədər əvvəl Şəmkir rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

ANS PRESS-in hadisə yerindəki bölgə müxbirinin verdiyi məlumata görə, Yasamal aşırımının rayonun Çənlibel kəndindən keçən hissəsində VAZ 21011 markalı 60 BC 364 dövlət nömrə nişanlı avtomobillə VAZ 2107 markalı 21 BD 782 dövlət nömrə nişanlı maşın toqquşub. Hadisə şahidlərinin əməkdaşımıza verdiyi ilkin məlumata görə, iki avtomobildə ümumilikdə 7 nəfər olub. Qəza nəticəsində onlardan 3-ü hadisə yerində dünyasını dəyişib, xəsarət alan 4 nəfər isə Şəmkir xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri də xəstəxanada dünyasını dəyişib.

Faktı Şəmkir Rayon Polis İdarəsi araşdırır.

AzNews.az