23:49
(077) 610-22-33

Baş redaktorun maşını oğurlandı - BAKIDA

  • >
230 19 May 2013 10:33 | Hadisə

May ayının 19-da etatist.com internet qəzetinin baş redaktoru, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadənin yaşadığı evin qarşısından avtomobili qaçırılıb.

Bu barədə Modern.az-a Ş.Məcidzadə özü məlumat verib.

Bakı şəhəri Nəsimi rayonu Suleyman Rəhimov-167 küçəsində, yaşadığı evin qarşısından Şəhriyar Məcidzadəyə məxsus VAZ 2107 markalı 90 GR 807 dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən oğurlanıb.

Məsələ ilə bağlı danışan Şəhriyar Məcidzadə bildirib ki, axşam maşını evin qarşısında saxladıqdan sonra şəhərə gedib, gecə saat 02:00 radələrində evə qayıdarkən maşın yerində olub: "Mən maşının oğurlandığını gecə saat 04-də eyvana çıxarkən bildim. Belə ki, maşının yerində olmadığını görüb aşağı düşdüm, ətrafa baxdıqdan sonra 102 xidmətinə zəng edib maşınımın oğurlandığını bildirdim. Məsələ ilə bağlı 22-ci polis bölməsinin əməkdaşları və təhqiqatçı baş leytenant Seyfullayev Zamiq Novruz oğlu oğurluq hadisəsi baş verən yerə baxış keçirdikdən sonra izahat verdim. Artıq məsələ ilə bağlı Nəsimi rayonu 22-ci polis bölməsində araşdırma aparılmaqdadır".

Maşının hansı səbəbə oğurlana biləcəyinə aydınlıq gətirən Şəhriyar Məcidzadə bildirib ki, hələlik bu məsələ ilə bağlı heçnə deyə bilməz:
"Hal-hazırda nəsə demək çətindi, bütün hallarda bunu polis araşdırıb özü ortaya qoya bilər. İnanmaq istəyirəm ki, bu adi oğurluq hadisəsidir. Əminəm ki, təqsirkar şəxslər cəzalandırılacaq. Bununla bağlı gərək olsa, daxili işlər nazirinə şəxsən müraciət edib, bu məsələnin şəxsi nəzarətinə götürməyini xahiş edəcəyəm".

AzNews.az

Bağla X